İşğaldan azad olunmuş ərazilərin flora və faunası
Məktəbin TİDM Yeganə Dadaşovanın rəhbərliyi və biologiya müəllimi Aytac Hacıyevanın təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərin flora və faunası haqqında dərs keçirildi. Müəllim Hacıyeva Aytac şagirdlərə Qarabağın ecazkar florası və faunası haqqında videoçarx nümaiş etdirərək ətraflı məlumatlar verdi. Şagirdlər də öz növbəsində hazırladıqları video teqdimatları təqdim etdilər. Şagirdlər Qarabağımızın füsünkar flora və faunası haqqında ətraflı məlumatlar aldılar. Qarabağın təsvirinə həsr olunmuş “Qarabağda” şeirini söyləyərək tədbiri yekunlaşdırdılar.