“Gender bərabərliyi” və “Erkən nikaha yox deyək” mövzusunda vebinar keçirildi
Məktəbin TİDM Yeganə Dadaşova və məktəbin psixoloqu Aybəniz Zamanovanın təşkilatçılığı ilə vebinar təşkil olundu. Vebinar “Gender bərabərliyi” və “Erkən nikaha yox deyək” mövzusunda təşkil olunmuşdu. Y.Dadaşova vebinara giriş etdi. O, çıxışında bu qanunun cinsi mənsubiyyətə görə ayrı – seçkiliyin bütün formalarının aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaratmaqdan ibarət olduğunu qeyd etdi. Psixoloq da öz növbəsində bərabər imkanlardan, qadınlar üçün əmək məcəlləsi ilə müəyyən edilmiş güzəştlər, imtiyazlar və əlavə imkanlar barədədə şagirdləri məlumatlandırıb, erkən nikah mövzusuna keçid etdi. Bu mövzu da geniş şəkildə müzakirə olundu. Təşkilatçıların mühazirəsindən sonra şagirdlərin fikirləri dinlənilib, sualları cavablandırıldı.