“İşğaldan azad olmuş ərazilərin tarixi abidələri”dən bəhs edən “Dəyirmi masa” təşkil olundu
Məktəbin TİDM Yeganə Dadaşova və tarix müəllimi Cəmilə Abdullayevanın təşkilatçılığı ilə 6A sinfində “Qarabağın tarixi abidələri”nə həsr olunmuş “Dəyirmi masa” təşkil edildi. Dəyirmi masada ilk öncə Azərbaycanın şanlı qələbəsindən söhbət açaraq, şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra müəllim Qarabağın tarixindən bəhs edərək, videoçarx vasitəsi ilə əyani olaraq abidələrin təsvirləri ilə şagirdəri tanış etdi. Şagirdlər də öz növbəsində bu əraziyə daxil olan abidələr haqqında topladıqları məlumatları paylaşaraq birlikdə fikir mübadiləsi apardılar.