27 Sentyabr Anım Günü 130 nömrəli məktəbdə qeyd olundu
Dövlət səviyyəsində qeyd olunan Anım Günü 130 nömrəli məktəbdə də anıldı. Bu günün mahiyyətini şagirdlərə aşılamaq məktəbin ən mühüm vəzifələrindəndir. Şagirdlər bu şərəfli yol, tarixi qələbənin qazanılmasında göstərilən şücaəti, verilən qurbanları hər daim xatırlamalı və Azərbaycanın şanlı tarixini dərindən mənimsəməlidirlər. Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Dadaşova Yeganənin təşkilatçılığı ilə baş tutan tədbir də özündə məhz bu məqsədi ehtiva edirdi.Tədbirə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı. Ardınca Azərbaycanın bütövlüyünü təmin edən Vətən müharibəsi qəhramanları bir dəqiqəlik sükutla anıldı. Onların xatirəsini yad edən məktəblilər, vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Şagirdlər hər biri şəhid qəhrəmanlarımızın şəkillərini əllərində fəxrlə daşıyıb onları tanıyıb və tanıtmaqdan qururlandılar.