22.09.2021-ci il tarixində Respublikanın ümumtəhsil məktəblərində" Bilik Günü " qeyd olundu.

     2021-2022-ci tədris ilinin başlanması münasibətilə Bakı şəhəri 130 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Tədbiri giriş sözü ilə  məktəbin direktor səlahiyyətlərini icra edən Təlim-tərbiyə  işləri üzrə direktor müavini Təhminə Mahmudova açaraq müəllimləri və şagirdləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etdi və  onlara müvəffəqiyyətlər arzuladı. Pandemiya şəraitində tədrisin əyani formada təşkil olmasını uğur kimi qiymətləndirdi. Daha sonra   məktəbə ilk qədəm qoyan birincilərin çıxışları dinlənildi. Məktəblilər ilk zəngin sədaları altında onları gözləyən sinif otaqlarına daxil oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi