"Son zəng"
Bu gün Azərbaycanın bütün ümumtəhsil məktəblərində "Son zəng"tədbiri keçirilir. 130 nömrəli tam orta məktəbində də pandemiya qaydalarına uyğun olaraq "Son zəng" tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Açılış üçün məktəbin derektoruna söz verildi. O, məzunları təbrik edib onlara uğurlar arzuladı. Məzunlar şeirlər söyləyib, mahnı oxuyaraq,ürək sözlərini dedilər. Müəllimlər də öz növbələrində məzunları təbrik etdilər.