Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 13N-li Bakı Peşə Məktəbi ilə görüş keçirildi

      Şagirdlərin peşəyönümlü meyllərini öyrənmək , peşəyönümlü istiqamətini təşkil etmək məqsədilə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 13N-li Bakı Peşə Məktəbi və 130 N-li tam orta məktəbin birgə təşkilatçılığı ilə onlayn görüş keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, IX sinif şagirdləri və Peşə məktəbinin ixtisas müəllimləri iştirak etdilər. İlk olaraq məktəbin direktor əvəzi Təhminə Mahmudova qonaqları və görüş iştirakçılarını salamlayaraq çıxış üçün sözü Baş usta Aysel Əliyevaya verdi. Aysel Əliyeva şagirdlərə 13N-li Peşə Məktəbi haqqında ətraflı məlumatlar verdi. İxtisas müəllimləri də öz növbələrində ixtisasları haqqında təqdimatlar təqdim edib istehsalat zamanı çəkilmiş videoları nümayiş etdirdilər. Şagirdləri  ixtisaslarla bağlı maraqlandıran sualları Baş usta Aysel Əliyeva cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi