"Bullinqlə mübarizə sağlam-psixoloji mühitin təminatıdır."

Sağlam mənəvi- psixoloji mühitin təmin olunmasında bullinqlə mubarizə əsas hədəflərimizdəndir!
15.01.2025-ci il tarixində 129 nömrəli məktəbdə Bullinqlə mübarizə aylığının tədbirlər planına uyğun olaraq "Sağlam mənəvi- psixoloji mühitin təmin olunmasında bullinqlə mubarizə əsas hədəflərimizdəndir!" adlı konfrans keçirildi. Konfrans Dövlət Himninin oxunması ilə başladı. Məktəbin direktoru Məhluqə Əzizova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin "Ümumi təhsil müəsissələrində şagird təhlükəsizliyi" barədə təlimatına əsasən məktəbin tədbirlər planına uyğun görülən işlər haqqında geniş məlumat verdi, konfransın məqsədini açıqladı. Bildirdiki, şagirdlər, müəllimlər, məktəb kollektivi və digər üzvlərin özlərini fiziki, psixoloji və məktəbin sosial baxımdan təhlükəsiz və rahat hiss etdikləri məkan olması, normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri məktəbdə təhlükəsiz mühitin yaradılmasıdır.
Aylığı keçirməkdə məqsəd bütün təhsilalanların və məktəb heyətinin bullinqə məruz qalmaq qorxusunun olmadığı, sağlam mənəvi-psixoloji, müsbət qarşılıqlı münasibətlərin olduğu (şagirdlərin bir-birləri və məktəb kollektivi ilə olan münasibəti) təhlükəsiz mühitdə olmalarını təmin etmək, hörmət, empatiya və xeyirxahlığı təşviq etmək, həmçinin təhsil prosesində şagirdlərə qarşı zorakılığın müxtəlif təzahürlərinə qarşı dözümlü münasibətin formalaşması, şagirdlərin mümkün risklər və təhlükələr haqqında məlumatlılığının artırılması, uşaqlara qarşı yönəlmiş hərəkətlərə görə valideynlərin məsuliyyətinin artırılması, şagirdlərə insan hüquqlarına, şəxsiyyətə insanın unikal mahiyyəti kimi hörmətin aşılanması, şagirdlərdə insan hüquqları və təhlükəli vəziyyətlərdə davranış qaydaları haqqında adekvat təsəvvürlərin formalaşdırılmasıdır. Tədbir iştirakçılrı məktəbin psixoloqları Qəndab Mustafayeva və Həqiqət Ələkbərovanın "Bullinqlə mübarizə" aylığının hesabatını dinlədikdən sonra şagirdlərin ifasında "Bullinqə yox deyirik" adlı səhnəcik təqdim olundu. Tədbirdə iştirak edən Nizami rayonuİcra Hakimiyyətinin əməkdaşı Könül İsmayılova çıxış edərək şagirdləri maarifləndirdi. Bullinq, onun fəsadları haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Nizami rayon Yetkinlik yaşına çatmayanlarla iş üzrə polis bölməsinin əməkdaşı, polis kapitanı Xədicə Hüseynova maarifləndirici tədbirlərin əhəmiyyəti bullinqlə mübarizə işinin gücləndirilməsində valideyn məsuliyyətinin aktual olması haqqında ətraflı məlumat verdi. Valideyn Gülnar Sultanlı çıxış edərək konfransın əhəmiyyətindən, valideyn-məktəb əməkdaşlığının sağlam psixoloji mühitin yaranmasına töhvə verdiyini bildirdi.
Sonda "Şagird şurası"nın üzvlərinin təşkil etdiyi bilik yarışı keçirildi. Yarışda üç komanda- "Empatiya", "Antibullinq", "Subardinasiya" komandaları iştirak edirdi. "Empotiya" komandası- I yerə (VIIA sinifi), "Subardinasiya" komandası- II yerə (IXB sinifi) və "Antibullinq" komandası- III yerə (VIIIC sinifi) layiq görüldü. Aylığ çərçivəsində fəallıq göstərən “Şagird Şurası” nın üzvləri və aktiv şagirdlər, valideynlər və müəllimlər rəğbətləndirildilər.
Tədbirdə şagirdlər, valideynlər və müəllimlər iştirak edirdi.