“Kiçik Akademiya”nın konfransı keçirildi

 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Nizami rayonu üzrə mərkəz məktəb olan 129 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya”nın konfransı keçirildi. Məqsəd şagirdlərin elmə marağının artırılması, fərqli məktəblərdən olan "Kiçik Akademiya" üzvlərinin təcrübə mübadiləsini təşkil etmək, üzvlər arasında qarşılıqlı əməkdaşlıq bacarıqlarını formalaşdırmaq idi.

 Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Məktəbin direktoru Məhluqə Əzizova konfrans iştirakçılarını salamladı, onlara uğurlar arzuladı. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP-29 – un Azərbaycanda keçirilməsi, onun əhəmiyyəti barədə geniş məlumat verdi. “Kiçik Akademiya” üzvləri “Cənnətim Qarabağ”, “Süni intellektin təbiətin qorunmasında rolu”, “Su hövzələrinin çirklənməsinin qarşısının alınması”, “İşıqla çirklənmənin qarşısını almaq məqsədi ilə günəş bateriyasından istifadənin genişləndirilməsi”, “Hidravlik kran”, “Ağıllı gül sulama cihazı”, “Ekoloji mədəniyyətin formalaşdırılması” və digər mövzularda təqdimat və layihələr dinlənildi.

Şagirdlərin bir-birinin təqdimatlarına fikir bildirib birlikdə müzakirə etdilər. Sonda “Kiçik Akademiya” üzvləri “Kiçik Akademiyanın Himnini oxuyaraq həmrəy olduqlarını bildirdilər. Konfransda “Kiçik Akademiya” rəhbərləri, müəllimlər, şagirdlər iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi