Od çərşənbəniz mübarək

Novruz bayramı xalqımızın əsrlər boyu yad etdiyi bayramdır. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, yel və torpaq) ilə əlaqədar ənənələr daxildir. İlin ikinci çərşənbəsi Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa baçlayır və insanlar həyətlərində tonqallar qalayıb, hər ailə üzvünə görə bir şam yandırırlar. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inancından irəli gəlir. Od çərşənbəsinə qədim də “Üskü çərşənbə” də deyilib. Od qədim Azərbaycan xalqının təfəkkürüncə işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbə də tonqallar daha möhtəşəm yandırılar, alovu ruhi ovunma mərhələlərinin sonu sanarmışlar.Od yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir. Od çərşənbəniz mübarək! Ocağınız isti, süfrəniz xeyir-bərəkətli olsun! Od-ocağımız gur yansın!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi