21 Fevral- Ana dili günü

Azərbaycan dili və ədəbiyyat fənn aylığı davam edir. Aylıq çərçivəsində bu gün Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Nağıyevanın təşkilatçılığı ilə 5c sinif şagirdləri 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirdilər. Beynəlxalq Ana Dili gününün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi və doğma dilimizdəki əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə olduğu kimi ötümək üçün onlarda dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.

Tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib. Bildirilib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində Ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətdə ana dilinin qorunması və zənginləşdirilməsi məsələlərinin həmişə önəmli yer tutduğu qeyd olunub.

Tədbirlərdə şagirdlər ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi