IX sinif şagirdləri ilə Reproduktiv sağlamlıq haqqında görüş

Elm və Təhsil Nazirliyinin 2023-cü il 13 fevral tarixli 3-29-59/2-500/2023 nömrəli əmrlə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrinin 8-9-cu siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsaitə" əsasən tədbirlər silsilə şəkildə davam etdirilir. 09.02.2024 cü il tarixində 2023-2024-cü ilin "Reproduktiv sağlamlığa dair" metodik vəsaitə və "Gender əsaslı zorakılıqla mübarizəyə dair " tədbirlər planına əsasən "Reproduktiv sağlamlıq nədir?" mövzusunda məktəbin 9-cu sinif şagirdləri ilə maarifləndirici məşğələ keçirildi. Məşğələdə məktəbin psixoloqları Həqiqət Ələkbərova, Qəndab Mustafayeva və biologiya müəllimi Gülnarə Şəkiliyeva mövzu üzrə çıxış etdilər. Çıxış zamanı şagirdlərə sağlam həyat tərzindən, düzgün qidalanma formalarından, cəmiyyətdə qadının və kişinin rolundan və s. barədə əraflı məlumat verildi. Reproduktiv sağlamlıq ümumi sağlamlığın vacib tərkib hissəsidir. Reproduktiv sözü çoxmənalı sözdür, tibdə bu söz çoxalma, nəsilvermə, nəsilartırma mənasında işlənir. Reproduktiv sistem-çoxhüceyrəli canlı orqanizmlərdə (heyvanlar, bitkilər, göbələklər və s.) cinsi çoxalmaya cavabdeh olan orqanlar sistemidir. Mövzu barədə şagirdlərlə diskussiya keçirildi və onların sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi