Valideyn-məktəb layihəsi davam edir

Valideyn -məktəb layihəsi çərçivəsində tədbirlərimiz davam edir. Layihənin məqsədi valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlığın səmərəli olmasından ibarətdir. Bu gün məktəb-valideyn əməkdaşlığı çərçivəsində məktəbin kitabxanasında 1a sinif şagirdlərinin valideynlərinin təşkil etdiyi "Valideyn klubu"nun üzvləri Ramilə İdrisova, Zöhrə Əhmədova, Tünzalə İsmayılzadə şagirdləri kitabxana ilə tanış etdilər və onlara "Ağca və cırtdanlar" nağılı dinlədildi. Nağıl uşaqlarla müzakirə olundu. Şagirdlər nağılın məzmununa aid öz fikirlərini bildirdilər. Məqsəd şagirdlərin mütaliəyə marağının artırılması, oxuyub-anlama, dinləyib-anlama bacarıqlarının formalaşdırılması, məktəb-valideyn əməkdaşlığının təkmilləşdirilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi