“Şəhidlərimizi unutmadıq və unutdurmarıq” adlı ədəbi-bədii kompozisiya keçirildi

Bu gün məktəbin akt zalında 20 Yanvar faciəsinin 34-ci il dönümü ilə əlaqədar olaraq “Şəhidlərimizi unutmadıq və unutdurmarıq” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbir dövlət himninin oxunması ilə başladı. 20 Yanvar şəhidləri və bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra qanlı gecəni əks etdirən filmdən qısa videotəqdimata baxıldı. Sonra şagirdlərin ifasında kompazisiya nümayiş olundu. Məqsəd şagirdlərə xalqımıza qarşı törədilmiş faciələr haqqında məlumat vermək, tarixi hadisələrə düzgün münasibət bildirmək, rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliğ edilməsidir. 20 Yanvar hadisəsi Azərbaycan xalqı üçün böyük faciə olsa da, eyni zamanda xalqımızın tarixinə qəhrəmanlıq salnaməsi kimi düşmüşdür. Öz ləyaqətini qorumaq, milli azadlığın əldə etmək istəyən, buna görə hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. O hadisədən 34 il keçməsinə baxmayaraq 20 Yanvar xalqımızın qan yaddaşına çevrilmiş şəhidlərin xatirəsi hər zaman hörmət və ehtiramla yad olunur, Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiyməti verən Ümummilli Lider Heydər Əliyev olmuşdur. Ulu Öndər cəsarətli addım ataraq siyasi iradə nümunəsi göstərib 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rağmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimayyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanət verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskva və respublika rəhbərlərinin günahları üzündən yol vermiş kobud siyasi səhv kimi ifşa etmişdir. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Hər il yanvarın 20-də Şəhidlər Xiyabanına gəlir, şəhidlərin ruhlarına ehtiramını göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi