"Reproduktiv sağlamlıq"la bağlı IX siniflərlə növbəti maarifləndirici seminar keçirildi

Elm və Təhsil Nazirliyinin 2023-cü il 13 fevral tarixli 3-29-59/2-500/2023 nömrəli əmrlə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrinin 8-9-cu siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsaitə" əsasən tədbirlər silsilə şəkildə davam etdirilir. 12.01.2023 cü il tarixində 2023-2024-cü ilin "Reproduktiv sağlamlığa dair" metodik vəsaitə və "Gender əsaslı zorakılıqla mübarizəyə dair " tədbirlər planına əsasən "Gəncliyin ilk baharı" mövzusunda məktəbin 9-cu sinif şagirdlərinə maarifləndirici seminar keçirildi. Tədbirdə məktəbin psixoloqları Həqiqət Ələkbərova, Qəndab Mustafayeva, məktəbin həkimi Aytən Şövkətli çıxış etdilər. Şagirdlərimiz reproduktiv sağlamlıq, “Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır“, ”Gəncliyin ilk baharı” mövzularında gigiyena, sağlam həyat tərzi, yeniyetmələrdə psixo-emosional və davranış dəyişiklikləri, cinsi yetişkənlik və fiziki dəyişikliklərlə bağlı biliklərinin daha da artırılması istiqamətində maarifləndirici söhbətlərin sağlam inkişaf etmələrində böyük rol oynadığını qeyd etmişdirlər və məktəbin psixoloqları və həkim şagirdlərin mövzularla bağlı suallarını cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi