“Ailəm və məktəbim “ layihəsi çərçivəsində fərqlənən valideynlər təltif olundular.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli, F-145 nömrəli əmrinə əsasən, "Ailəm və məktəbim" layihəsinin hesabat tədbiri keçirildi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Məhluqə Əzizova layihənin məqsədi və əhəmiyyəti haqqında məlumat verdi. Bildirdi ki, ailə-məktəb münasibətlərinin səmərəli təşkili gənc nəslin əxlaqi şüurunun formalaşmasını, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji-psixoloji əsaslar üzərində qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasını təmin edir. Layihə çərçivəsində icra olunan fəaliyyətlər haqqında ətraflı hesabat verdi. Tədbirlərdən hazırlanmış videoçarx nümayiş olundu. Tədbir valideynlərin və şagirdlərin hazırladığı bədii hissə ilə davam etdi. Sonda layihə çərçivəsində fəaliyyətlərdə fərqlənən şagirdlər və valideynlər təltif olundular. Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Könül İsmayılova, valideynlər və şagirdlər iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi