"Reproduktiv sağlamlıq"la bağlı VIII siniflərlə maarifləndirici seminar keçirildi

Elm və Təhsil Nazirliyinin 2023-cü il 13 fevral tarixli 3-29-59/2-500/2023 nömrəli əmrlə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrinin 8-9-cu siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsaitə" əsasən tədbirlər silsilə şəkildə davam etdirilir. 21.12.2023 cü il tarixində 2023-2024-cü ilin "Reproduktiv sağlamlığa dair" metodik vəsaitə və "Gender əsaslı zorakılıqla mübarizəyə dair " tədbirlər planına əsasən "Gigiyena və düzgün qidalanma" mövzusunda məktəbin 8-ci sinif şagirdlərinə tədbir keçirildi.Tədbirdə məktəbin psixoloqları Həqiqət Ələkbərova, Qəndab mustafayeva, məktəbin həkimi Aytən xanım və təşkilatçı müavin Rəlanə Sadıqzadə çıxış etdilər. Söhbət zamanı şagirdlərə sağlam həyat tərzindən, düzgün qidalanma formalarından, zərərli vərdişlərdən , qadın və kişi hüquqlarından, cəmiyyətdə qadının və kişinin rolundan və s. barədə əraflı məlumat verildi. Mövzu barədə şagirdlərlə diskussiya keçirildi və onların sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi