10 dekabr İnsan hüquqları günü

1948-ci il dekabrın 10-da BMT Baş Məclisi "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" qəbul etdi. Bu sənədin qəbul edilməsində məqsəd insan hüquqlarını və bütün ölkələrin əməl etməli olduqları normaları müəyyən etmək idi. Bu günlə bağlı məktəbin psixoloqları fəaliyyət planına uyğun olaraq, V sinif şagirdləri ilə maarifləndirici söhbətlər aparmışdılar. Psixoloq Qəndab xanım bildirdi ki, müasir dünyada insan hüquqları daha geniş bir anlayışdır və aşağıdakıları əhatə edir:

- Hər bir ayrı-seçkilikdən azadlıq, o cümlədən irqi, cinsi, milli, yaxud dini ayrı-seçkilikdən azadlıq;

- Qorxudan azadlıq: şəxsi təhlükəsizlik üçün qorxudan, səbəbsiz azadlıqdan məhrum edilməkdən, işgəncə və digər zorakılıqlardan azadlıq;

- Fikir və söz azadlığı, qərar qəbul etmə prosesində iştirak və birliklər yaratmaq hüququ;

- Yoxsulluqdan azadlıq, layiqli həyat sürmək hüququ;

- İnsan potensialının inkişafı və onu həyata keçirmək üçün azadlıq;

- Ədalətsizlikdən və qanun pozuntusu ilə rastlaşmaqdan azadlıq;

- İstismar olunmadan layiqli işləmək hüququ.

İnsan hüquqlarının qorunmasının əhəmiyyəti o qədər böyükdür ki, BMT Baş Məclisi 1950-ci ildə bütün dövlətlərə və maraqlı təşkilatlara dekabrın 10-u gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi tövsiyə etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi