VII-VIII siniflərdə zərərli vərdişlərlə və bullinqlə bağlı maarifləndirici söhbətlər aparıldı

BULLİNQİN ÖHDƏSİNDƏN NECƏ GƏLƏ BİLƏRƏM?!

Təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri şagirdlərin təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir (bullying). Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir. Bu cur halların qarşısını almaq məqsədilə məktəbin psixoloqları tərəfindən VII-VIII siniflərdə maarifləndirici tədbirlər həyata keçirilir. Psixoloqlar xüsusilə, yeniyetmələr arasında geniş yayılan bullinqin çox ciddi fiziki və psixoloji travmalara və faciələrə səbəb olduğunu qeyd etdilər, bundan yarana biləcək fəsadlar haqqında danışdılar. Şagirdlərə eyni zamanda mövzuya həsr olunmuş maarifləndirici videoçarx da nümayiş olundu. Sonda şagirdlər ilə mövzuya dair müzakirələr aparıldı, bullinqə qarşı mübarizə yolları araşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi