İngilis dili fənn aylığına start verildi

Dekabr ayı məktəbdə ingilis dili aylığı elan olunmuşdur. Məktəbin fəaliyyət planına və ingilis dili fənnbirləşmənin fəaliyyət planına uyğun olaraq tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq ay ərzində dərsdinləmələr, bilik yarışları, monitorinqlər, istedadlı şagirdlərlə iş, müəllimlərin ehtiyaclarına uyğun təlim və seminarların təşkili, qabaqcıl təcrübənin öyrənilməsi, sinifdənxaric və məktəbdən kənar işlərin təşkili, “Şagirdin ən yaxşı tədqiqatişi”, “Ən yaxşı yaradıcı müəllim işi” müsabiqələri təşkil olunacaq. Məqsəd şagirdlərin bu fənnə olan marağını artırmaq, onların təlim nəticələrinin yüksəldilməsi, öyrənməyə təşviq olunması, dil bacarıqlarının, oxu, yazı, dinləmə bacarıqlarının təkmilləşdirilməsi, istedadlı şagirdlərin üzə çıxarılması, müəllimlərin ehtiyaclarının öyrənib, onlara müvafiq metodiki dəstəyin olunması, qabaqcıl təcrübənin yayılması, müəllimlərin tədris prosesində yaradıcı fəaliyyətə təşviq olunması tədrisin keyfiyyətinin artırılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi