1 dekabr - QİÇS günüdür

Məktəbin fəaliyyət planına uyğun olaraq bu gün məktəbdə 1Dekabr-Ümumdünya QİÇS- lə mübarizə gününə həsr olunmuş məktəbin psixoloqları tərəfindən VIII siniflərdə maarifləndirici söhbətlər keçirildi. Məqsəd şagirdləri QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq,şagirdlərin təhsilə, elmə, idmana olan marağını daha da artırmaqdan ibarət idi. Şagirdlərə Ümumdünya QİÇS-lə Mübarizə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verildi. Bildirildi ki, 1988-ci ildən başlayaraq hər il dekabrın 1-də Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal miqyas almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.Həmçinin, ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, QİÇS-ə yoluxmuş şəxslərin necə müalicə olunmasından bəhs edildi.. QİÇS-lə mübarizəyə dair qəbul olunan qanunlardan danışıldı. Şagirdlərə QİÇS-in ağır fəsadlarından bəhs edən videoçarxlar nümayiş olundu. Sonda şagirdləri maraqlandıran suallar psixoloqlar  tərəfindən cavablandırıldı, mövzu ilə bağlı müvafiq tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi