"İnsan alverinin qurbanı olmayın!"

23.11.2023- cü il tarixində məktəbdə VII sinif şagirdlərinin iştirakı ilə "İnsan alverinin qurbanı olmayın!" mövzusunda psixoprofilaktik iş keçirildi. Məktəbin psixoloqları şagirdlərə traffikin- insan alverinin müxtəlif məqsədləri, risk qrupuna daxil olan şəxslər, qaynar xətt və s. haqqında ətraflı məlumat verdi. Vurğulandı ki, yad şəraitə düşən insanlar sənədləri və hüquqları əllərindən alınmış halda hər bir işə qatlaşaraq, traffikinqin təşkilatçılarının toruna düşürlər, qul kütləsinə çevrilirlər. Şagirdlər mövzu ilə bağlı öz fikirlərini bildirdilər, sualları cavablandırıldı, kiçik hekayələr üzərində müzakirələr aparıldı.

“İnsan alverinin qurbanı olmayın!”

1. Hamımız insan alverinə qarşı olmalıyıq!

2. İnsan alveri cinayəti şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətdir!

3. Uşaqlar və onların ailələri tez-tez təhsil, daha yaxşı məşğulluq və ya daha firavan həyat vədi ilə şirnikləndirilir. Hər vədə inanmayın!

4. Daha yaxşı həyat axtarışında səhvə yol verməyin! Valideynlərin səsinə qulaq as.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi