"Qalib Azərbaycan xalqı" adlı tədbir keçirildi

 Məktəin fəaliyyət  planına uyğun, 8-Noyabr “Zəfər günü” ilə əlaqədar olaraq bu gün məktəbin akt zalında "Qalib Azərbaycan xalqı" adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlandı. Sonra vətən uğrunda canlarından keçən qəhrəmanlarımız 1 dəqiqəlik sükutla yad edildi. Məqsəd, Azərbaycan xalqının 44 günlük mübarizədə qazandığı tarixi qələbənin mahiyyət və məzmununun şagirdlərə çatdırılması, Ali Baş Komandan Cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasətin təbliği, Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifənin, hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərin təkmilləşdirilməsi, şagirdlərə orduya rəğabət, vətənə xidmət, xalqa məhəbbət hissinin aşılanması, “Vətən müharibəsində şəhid olmuş qəhrəman oğulların xatirəsinin yad edilməsi və yaddaşlara həkk olunması məqsədi ilə şagird təxəyyülünün inkişaf etdirilməsi, milli qürür, iftixar hissinin formalaşdırılmasıdır.  Xalqımızın şanlı tarixinə parlaq, qürurverici 8 noyabr Günü qızıl hərflərlə daxil oldu. Uzun illərboyu xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Bu tarixi ədaləti təkbaşına həll etdi. Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşməndə onun havadarlarıda gördü. Dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi. Ölkəmiz haqqında, onun malik olduğu gücü barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sayəsində qalib gəldi. Xalqımızın müzəffər ordumuza inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbə sevincinin ideoloji əsasını təşkil etdi. Bu tarixi qələbənin böyük əhəmiyyəti və əvəzoluynmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaq. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. Biz bu gün qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, tarixi qələbənin şahidi oldu.Tədbir şagirdlərin qələbə, vətən, şəhidlər,Qarabağ haqqındakı rəngarəng çıxışları ilə davam etdi.Şagirdlərin çıxışlarında qələbə ruhu, zəfər sevinci, qürurlu anlar yaşandı.  44 günlük zəfər yürüşünə aid videoçarxlar təqdim olundu. Ali Baş Komandan Cənab İlham Əliyevin çıxışları səsləndirildi.Tədbir “Qarabağ Azərbaycandır!”, “Zəfərin mübarək Azərbaycan!” ifadələri ilə sona çatdı.Tədbirdə  şagirdlər, müəllimlər iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi