"Zəfərin Mübarək Azərbaycan!" adlı tədbir keçirildi

Məktəin fəaliyyət  planına uyğun, 8-Noyabr Zəfər günü ilə əlaqədar olaraq bu gün məktəbin akt zalında 5c sinif şafirdlərinin ifasında "Zəfərin Mübarək Azərbaycan!" adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbir Azərbaycan himninin səsləndirilməsi səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Məqsəd, Azərbaycan xalqının 44 günlük mübarizədə qazandığı tarixi qələbənin mahiyyət və məzmununun şagirdlərə çatdırılması, Ali Baş Komandan Cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasətin təbliği, Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifənin, hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərin təkmilləşdirilməsi, şagirdlərə orduya rəğabət, vətənə xidmət, xalqa məhəbbət hissinin aşılanması, “Vətən müharibəsində şəhid olmuş qəhrəman oğulların xatirəsinin yad edilməsi və yaddaşlara həkk olunması məqsədi ilə şagird təxəyyülünün inkişaf etdirilməsi, milli qürür, iftixar hissinin formalaşdırılmasıdır. Tədbirin sonunda məktəbin direktoru Məhluqə Əzizova çıxış edərək Ali Baş Komandan  Cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsinin məzmunu və mahiyyəti haqqında məlumat verdi. Xalqımızın şanlı tarixine parlaq, qürurverici 8 noyabr Günü qızıl hərflərlə daxil oldu. Tədbir şagirdlərin qələbə, vətən, şəhidlər,Qarabağ haqqındakı rəngarəng çıxışları ilə davam etdi.Şagirdlərin çıxışlarında qələbə ruhu, zəfər sevinci, qürurlu anlar yaşandı. Məktəbin igidlər komandasının kompozisiyası alqışlarla qarşılandı. 44 günlük zəfər yürüşünə aid videoçarxlar təqdim olundu. Ali Baş Komandan Cənab İlham Əliyevin çıxışları səsləndirildi.Tədbir “Qarabağ Azərbaycandır!”, “Zəfərin mübarək Azərbaycan!” ifadələri ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi