Məktəbəhazırlıq qruplarında şagirdlər yoxlanıldı

Bu gün məktəbin psixoloqları Məktəbəhazırlıq qruplarında şagirdlərin məktəbə hazırlıq səviyyəsini yoxladılar. Məktəbəhazırlıq qruplarının yoxlanılmasında  məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”,“Savad təliminə hazırlıq və nitq inkişafı”,“Bədii təfəkkürün inkişafı”,“Məntiqi və riyazi təfəkkürün inkişafı”,“Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələlərinin yoxlanılması idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi