Məişət zorakılığı haqqında maarifləndirici görüş keçirildi

26.10.2023-cü il tarixində  Prezidentin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamıyla təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı və təhlükəsizliyi ilə mübarizəyə dair 2020–2023-cü illər üçün məktəbin fəaliyyət planına uyğun olaraq “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirmək idi. İlk əvvəl məktəbin direktoru Məhluqə Əzizova çıxış edərək bildirdi ki, uşaqların müdafiəsi, sağlamlığı və təhlükəsizliyinin qorunması məqsədilə məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 13.09.2023-cü il tarixli 3-29-59/52-305F/2023 nömrəli əmrinə və məktəbin illik fəaliyyət planına uyğun olaraq silsilə tədbirlər keçirilir. Məhluqə xanım tədbirin məqsəd və əhəmiyyətindən danışaraq gələn qonaqları təqdim etdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini Nailə Süleymanova çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasında həyata keçirilən təsirli tədbirlərə baxmayaraq, məişət zorakılığı dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də problem olaraq qalmaqdadır. Məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması və məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının potensialının artırılması tələb olunur. Nailə xanım məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın qeyd olunan məqsədlərə nail olmaq üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Tədbirdə Nizami rayon icra hakimiyyətinin əməkdaşı Könül İsmayılova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları barədə iştirakçılara ətraflı məlumat vermişdir. Könül xanım habelə məişət zorakılığına qarşı mübarizə və gender bərabərliyinin müxtəlif aspektləri ilə bağlı bir sıra digər sənədlərdə, o cümlədən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda da mühüm vəzifələrin təsbit edildiyini nəzərə çatdıraraq, ölkəmizdə məişət zorakılığı və onun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır. Sonra Nizami rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla iş üzrə inspektoru polis baş leytenantı Xədicə Hüseynova  “Təhlükəsiz informasiya” mövzusunda  çıxış etdi. Xədicə xanım həmçinin  məişət zorakılığına qarşı mövzusunada toxundu. O bildirdi ki, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Məktəbin “Kiçik Akademiya”sının vitse-prezidenti Yusif Allahverdiyev internet resuslarından səmərəli istifadə edilməsi haqqında təqdimatla çıxış etdi. Tədbir diskusiya şəklində davam etmişdir. Qonaqlar  məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsinin dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biri olduğunu qeyd etdilər. Tədbirdə valideynlər, şagirdlər, müəllimlər və rayon ərazisində yerləşən məktəblərin psixoloqları iştirak etmişdir. Sonda qonaqlar mövzu ətrafında şagirdləri və valideynləri maraqlandıran sualları cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi