"Ailəm və məktəbim" layihəsi çərçivəsində tədbirlər davam edir

“Ailəm və məktəbim” layihəsinin silsilə tədbirləri davam edir. Bu gün 1a sinif şagirdləri layihə çərçivəsində sinif müəllimi Ramilə Məcidovanın təşkilatçılığı ilə 2-ci bəndə əsasən “Hər şey övladımız üçün” adlı maarifləndirici seminar keçirdilər. Məqsəd ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması, ailə dəyərlərinin təbliği, məktəb-valideyn əməkdaşlığının təkmilləşdirilməsi, sağlam həyat tərzinin aşılanmasıdır. Seminarda ixtisasca həkim olan valideynlər şagirdlərə sağlam həyat tərzini şərtləndirən təməl bacarıqlar aşılamaq üçün maarifləndirici söhbətlər apardı. Uşaqlar valideynləri ilə birlikdə sağlam həyat tərzi ilə bağlı kiçik səhnəciklər nümayiş etdirdilər. Tədbirin sonunda Məhluqə Əzizova “Ailəm və məktəbim” layihəsi, layihənin məqsədi haqqında məlumat verdi. Layihədə fəal iştirak edən valideynlərə, məktəb-ailə münasibətlərinin sağlam dəyərlər əsasında qurulmasına dəstəy olduqları üçün təşəkkür etdi. Valideynlər bu görüşdən məmnun qaldıqlarını və layihənin təşkilatçılarına təşəkkürlərini bildirdilər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi