18 Oktyabr Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası günü

Məktəbin fəaliyyət planına əsasən, akt zalında 4ç sinif şagirdləri sinif müəllimi Rəfidə Daşdəmirovanın təşkilatçılığı ilə 18 oktyabr "Azərbaycan Dövlət müstəqilliyinin bərpası gününə" həsr olunan  "Müstəqilliyimiz əbədidir" adlı ədəbi-bədii kompozisiya keçirdi. Məqsəd, Azərbaycançılıq məfkurəsini təbliğ etmək, Vətənə, torpağa məhəbbət hissini aşılamaq, vətənpərvərlik tərbiyəsini gücləndirmək, estetik zövqü formalaşdırmaqdır. İlk öncə Azərbaycan Dövlət himni səsləndirildi, sonra Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin ifasında Azərbaycanın müstəqilliyinə vəsf olunan şeirlər söylənildi,mahnılar səsləndirildi. Vətənpərlik mövzusunda rəqslər edildi. Sonda məktəbin direktoru Məhluqə Əzizova çıxışında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasından, şanlı zəfər tarixindən, Azərbaycan siyasi, iqtisadi, həm də hərbi cəhətdən dünyanın qüdrətli dövlətlərindən biri olduğunu qeyd etdi. Tədbirdə şagirdlər, valideynlər iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi