Etibar poçtunun yaradılması

Məktəbin və psixoloqun fəaliyyıt planına uyğun olaraq, məktəbdə sağlam psixoloji mühitin yaradılması, şagirdlırlə tərbiyə işinin daha səmərəli təşkili üçün "Etibar poçtu" yaradıldı.Bununla bağlı bu gün V-IX siniflərin sinif nümayəndələri ilə məktəbin psixoloqları və UBT rəhbəri seminar keçirdi. Məqsəd "Şagird etik-davranış qaydaları" ilə şagirdləri maarifləndirmək, məktəbdə şagirdlərə davranış qaydalarını öyrədərkən onların psixologiyası nəzərə alınmaqla müşahidə və fəallığın dialektiv vəhdət təşkil etməsinə çalışmaq, şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və qanunlara əməl etməsinə nail olmaqdır. Seminarda şagirdlərə çatdırıldı ki, əgər sinifdə şagirdləri narahat edən problemlər olarsa bizlərə müraciət etsinlər, sinifdə nizam-intizam qaydalarına, davamiyyətə diqqət edilsin və bizim yaratdığımız "Etibar poçtuna" müraciət etsinlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi