"Qalib Azərbaycan xalqı" adlı tədbir keçirildi

Məktəin tədbirlər planına uyğun olaraq, 26.09.2023-cü il tarixində  27 sentyabr “Anım Günü” ilə əlaqədar “Qalib Azərbaycan xalqı” adlı tədbir keçirildi.  Məqsəd, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla yad etmək və heç bir zaman unutmamaqdır. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Məhluqə Əzizova çıxış edərək bildirdi ki, üç il bundan öncə 27 sentyabr 2020-ci ildə Ermənistan Respublikasının ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başlanmışdır. Azərbaycan respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik göstərərək, Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdilər. Müzəffər ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. 44  gün ərzində torpaqlarımız  düşməndən azad olundu. Tədbirdə şagirdlər şəhidlər haqqında, rəşadətli ordumuz haqqında şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi