Ulu Öndər Heydər Əliyevə həsr olunmuş intellektual yarış keçirilib

               25 aprel 2023-cü il tarixində Kiçik Akademiyanın "Zəka işığında" adlı intellektual klubunun Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bilik yarışı keçirildi. Yarışda 9-cu sinif şagirdlərindən ibarət komandalar iştirak edirdi. Bilik yarışı Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Daha sonra şagirdlərə Ulu Öndərin həyat və yaradıcılığına aid suallar təqdim olundu. Yarışın mərhələləri arasında ibtidai sinif şagirdləri rəqs nömrələri ilə çıxış etdilər. Yarışı Kiçik Akademiyanın humanitar bölməsinin tarix kafedrasının müəllimi Qurbanova Jalə təşkil etmişdir. Yarışda məktəb rəhbərliyi, müəllim heyəti iştirak edirdi. 3 mərhələdən ibarət yarışın nəticələrinə əsasən 1-ci yerə IXC,  2-ci yerə IXB,  3-cü yerə IXÇ  və IXD komandaları layiq görülərək məktəbin direktoru Əliyeva Sədaqət tərəfindən mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi