“Reproduktiv sağlamlıq nədir”

Reproduktiv sağlamlıq dedikdə, əsasən sağlam nəsil nəzərdə tutulur.Başqa sözlə desək,reproduktiv sistem,onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki,əqli və sosial rifah halı deməkdir.

Bu təkcə reproduktiv sistemlə onun funksiyası və problemləri ilə bağlı xəstəliklərin olmaması demək deyil.Reproduktiv sağlamlıq nəsil artımı qabliyyətinin olması və azad seçim deməkdir.Yəni hər bir gənc ailədə,qadın istədiyi sayda uşaq dünyaya gətirə bilər.İnsan təbiətin məhsuludur.İnsan təkminləşdikcə inkişaf edir,sağlamlığı,ilk növbədə reproduktivliyi,nəsil artırma qabliyyəti yaxşılaşır və formalaşır.Bu sağlamlığın təməli yeniyetmə dövründə qorunub saxlanılır.

27.02.2024-cü il tarixində 122№li məktəbin psixoloqu Rzayeva Xəyalə IX sinif 9 nəfər şagirdin (5 qız) iştirakı ilə “Reproduktiv  sağlıq nədir?” mövzusunda maarifləndirici söhbət aparıldı.Söhbət zamanı şəxsi gigiyena qaydaları barədə geniş məlumat verildi.Mövzu ilə bağlı videoçarx nümayiş olundu.Şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi