"Qızların təhsildən yayınması hallarının qarşısının alınması" mövzusunda maarifləndirmə tədbiri keçirildi

 30 noyabr 2023- ci il tarixində Kitabxana müdiri İradə Mustafayevanın təşkilatçılığı ilə "Qızların təhsildən yayınması hallarının  qarşısının alınması" mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbirdə fənn müəllimləri L.Zülfüqarova , Z.Süleymanova  və 8f sinif şagirdləri də  iştirak etdilər. İradə müəllim tədbirə Hacı Zeynalabdin Tağıyevin bir kəlamını xatırladaraq başladı:  "Bir oğlana təhsil verməklə, təhsilli  bir insan qazanarsınız , bir qıza təhsil verməklə isə təhsilli bir ailə qazanmış olarsınız". Daha sonra uşaqlarla məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçı X.Fərəcova şagirdlərə bu mövzu ilə bağlı tövsiyələrini verdi. Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırıldı.  Bu mövzu ilə bağlı video-slayd nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi