"Əhali arasında məişət zorakılığı"na aid tədbir keçirildi

27.11.2023 tarixində fəaliyyət planına əsasən məktəbin akt zalında "Əhali arasinda məişət zorakıliğina müdafiə vasitələrinə etimadın təşviqi" ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru G.Rüstəmova, tərbiyə işləri üzrə təşkilatçı X.Fərəcova, psixoloqu R.Ağayeva, UBTR Ə.Zeynalova iştirak etdi. Tədbirin təskilatcıları məktəbin psixoloqu A.Ağarzayeva və məktəbin rus dili müəlliməsi L.Zülfüqarova oldu. Statistik məlumatlara görə zorakılığa məruz qalan insanlar ən çox qadınlar olur. Bu zorakılıqların digər qurbanları da məhz uşaqlardir. Hər bir usağın bütov ailədə yaşamaq haqqı var. Amma zorakıliq mühitində bütov bir şəxsiyyət yetişdirmək çox çətindir. Bu gün hər bir qadın öz hüququnu bilsə zorakılıqların sayı azalar.