"Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” adlı tədbir keçirildi

27 noyabr 2023-cü il tarixində məktəbin psixoloqu R. Ağayevanın təşkilatçılığı ilə "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə" adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru G. Rüstəmova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X. Fərəcova, UBTR Ə. Zeynalova, psixoloq A. Ağarzayeva, fənn müəllimi L. Zülfiqarova və şagirdlər iştirak etdi. Şagirdlərə tədbirin mahiyyəti haqqında psixoloq R. Ağayeva məlumat verərək gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, zorakılığın formaları, məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi məsələlərinə toxundu. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.