Ümumimilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi

11.11.2023- ci il tarixində məktəbin akt zalında fəaliyyət planına əsasən Ümumimilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə direktor G.Rüstəmova, Tərbiyə işləri üzrə təşkilatcı X.Fərəcova, UBTR Ə.Zeynalova, fənn müəllimləri və şagirdlər iştirak etdi. Məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısi X.Fərəcova və UBTR Ə.Zeynalovanın təşkilatçılığı ilə hazırlanan tədbir Azərbaycan Respublikasının Dövlət Himnilə açıq elan olundu. Çıxış edənlər Heydər Əliyevin Azərbaycan tarixində iz qoyan misilsiz xidmətlərindən danışdı. Heydər Əliyevin həyatı ilə bağlı slayd təqdim olundu və şagirdlər tərəfindən şeir təqdim olundu. Azərbaycanın bütovlüyunun qorunmasında Heydər Əliyevin imzası barədə məktəb rəhbərliyi şagirdlərə məlumat verdi.