İnsan alverinə qarşı mübarizə adlı tədbir keçirildi

10.11.2023 cü il tarixində məktəbin akt zalında İnsan alverinə qarşı mübarizə adlı tədbir keçirildi. Tədbirdə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı X.Fərəcova, kitabxana müdiri  İ.Mustafayeva, UBTR Ə.Zeynalova, həmçinin digər fənn müəllimləri və 8,9,10-cu sinif şagirdləri iştirak etdi. İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması məqsədi daşıyan tədbirdə məktəbin psixoloqu çıxış edərək şagirdlərə insan alverinin bütün dünyada aktual problem olduğunu, bu istiqamətdə ölkəmizdə fəaliyyət  proqramlarının qəbul olunduğu barədə məlumat verdi. Çıxışında şagirdlərə insan alverinin qarşısının alınması, gözlənilən təhlükələr və qabaqlayıcı tədbirlər haqqında geniş məlumat verdi. Psixoloq şagirdlərə respublikamızda insan alveri qurbanları üçün sığınacaqların, reablitasiya mərkəzlərinin fəaliyyət göstərdiyinin və onların cəmiyyətə inteqrasiyasının təmin olunmaları üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırdı. Şagirdlərə profilaktik məqsədlə mövzu ətrafında məlumatlar verildi, daha sonra interaktiv şəkildə mövzunun müzakirəsi oldu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi