Erkən nigaha son adlı tədbir keçirildi

6 .11.2023 -cü tarixində məktəbin akt zalında şagirdlərin iştirakı ilə “Erkən nigaha son” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı X.Fərəcova, psixoloqları A.Ağarzayeva, R.Ağayeva, UBTR Ə.Zeynalova, Kiçik akademiyanın rəhbəri C.Yolçiyev və müəllimlər iştirak etdi. Şagirdlərə erkən nigahın həm sosial, həm mənəvi, həm də sağlamlıq baxımından ziyanlı təsirlərindən danışıldı. Bildirildi ki, erkən yaşda qurulan nigahlar yeniyetmələrin gələcək həyatlarına ciddi mənfi təsir göstərərək onların həyat ritmini pozur. Tədbirin sonunda mövzu ilə bağlı slayd nümayiş olundu,şagirdləri maraqlandıran suallar cavablandırıldı. insan alverindən zərər çəkmiş zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqların təhsil imkanlarının  artırılması haqqinda geniş miqyasda məruzələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi