"Heydər Əliyev və azərbaycançılıq ideologiyası" mövzusunda dəyirmi masa keçirildi

21.11.2023-ci il tarixində  "Heydər Əliyev və azərbaycançılıq ideologiyası" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı X.Fərəcova, kitabxana müdiri İ.Mustafayeva, kitabxanaçı X.Ağayeva, UBTR Ə.Zeynalova, riyaziyyat müəllimi A.Balaəliyeva, psixoloq R.Ağayeva və 10b şagirdləri iştirak etdi. Çıxış edənlər H.Əliyevin azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində keçirdiyi tədbirləri qeyd etdi. Ulu Öndərin daim vurğuladığı kimi azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək olduğu şagirdlərə çatdırıldı. Həmçinin dəyirmi masanın keçirilməsində məqsəd ulu öndərin azərbaycançılıq ideologiyasını yəni: ulu öndərin sayəsində xalqımızın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq üçün nümayiş etdirdiyi əzm, bu mənada, qarşıya qoyulan konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu istiqamətində gördüyü işlər barədə məlumat vermək, şagirdləri milli vətənpərvər ruhda tərbiyə etmək idi. Sonda slayd təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi