“Zəfər Günü”

03 noyabr 2023-cü il tarixində “Zəfər Günü” münasibətilə məktəbin akt zalında tədbir keçirildi. Tədbirdə məktəbin direktoru G. Rüstəmova, təlim-tərbiyə işləri üzrə direktor müavini T.Hacıyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini N. Abbasxanova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X. Fərəcova, UBTR Ə. Zeynalova, kitabxana müdiri İ.Mustafayeva, fənn müəllimləri və şagirdlər iştirak etdi. Azərbaycan Respublikasının Dövlət Himnilə açıq elan olunan tədbirdə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Şagirdlər tərəfindən Zəfər gününə həsr olunmuş şeirlər səsləndirdi, mahnı ifa etdi, kompozisiya göstərdilər. Məktəbin direktoru G. Rüstəmova çıxış edərək Azərbaycan xalqının əzmi və iradəsinin, iqtisadi gücünün, müasir ordu quruculuğunun ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğunu, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqının daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdiyini və düşmən üzərində tarixi zəfər çaldığını bildirdi. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi