Məktəbdə inklüziv  təhsilə aid ilk tədbir keçirildi

26 noyabr 2019-cu il tarixdə məktəbin ibtidai sinif müəllimi Həsənzadə Fidanın rəhbərliyi altında fəaliyyət göstərən 3 “a “sinfi dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş maraqlı kompozisiya təqdim etdi.Bu tədbirin əsas məqsədi 3 “a”sinif şagirdi, autizmin asbereger sindromunun daşıyıcısı Kərimli Əlinin sosial fəaliyyətindəki yerinin İnkluziv təhsildə digər uşaqlar ilə yanaşı aparılmasının təqdim olunması idi.Sinif  müəllimi F.Həsənzadənin xüsusi əzmkarlığı sayəsində Əlinin bacarıqları üzə çıxarıldı.Nəsimi ruhunu öz uşaq ruhu ilə vurğulayan Əli bütün şagirdlərə örnək oldu.O,həm obrazını canlı performas şəklində göstərə bildi,həm də Nəsiminin yaradıcılığına olan sevgisini nümayiş etdirdi.Şagirdlər də Əlinin bütün uşaqlarla eyni sosial fəaliyyəti daşıya bilməsini alqışladılar və Əlinin  simasında Nəsimi yaradıcılığının nümayişinin onun psixologyasında və düşüncəlrində xüsusi dəyişiklər edə biləcəyinə ümid etdiklərini bildirdilər və qeyd etdilər ki,Əli müxtəlif dövrlərdə yaşamış tarixi şəxsiyyətlər haqqında da geniş və dərin məlumata malikdir.Bu tədbir məktəbdə məktəbdə inklüziv  təhsilə aid ilk tədbir idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi