Məktəbdə «Bir kərə yüksələn bayraq, bir daha enməz»adlı tədbir keçirildi

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayraq milli kimliyimizi və dövlətimizin hüquqi əsaslarını, dünya dövlətləri arasında yeri olduğunu bildirən rəmzi və simvolik mənəvi dəyəridir.İllərlə həsrətində olduğumuz, vətənimizin hər bir bucağında dalğalanmasını arzuladığımız, üç rənli, ay-ulduzlu bayrağımız.

 Hər il olduğu kimi bu il də R.Nəsirov adına 111 saylı tam orta məktəbdə ibtidai və yuxarı sinif  şagirdlərinin iştirakı ilə “9 Noyabr- Dövlət Bayraq günü” nə həsr olunmuş tədbir keçirildi.Tədbirdə bayrağımızın keçdiyi şərəfli yoldan bəhs edən şeirlər söylənildi, musiqi nömrələri  nümayiş etdirildi

Tədbir məktəb həyətində  "Qoy bayrağımız Vətən göylərində həmişə əzəmətlə dalğalansın !!! " şüarı ilə sona çatdı  və şagirdlər əllərindəki  bayraq rəngində şarları açıq səmaya buraxdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi