“İrəli Azərbaycan Əsgəri”

08 aprel 2016-cı il tarixdə R.Nəsirov adına 111N-li tam orta məktəbdə“İrəli Azərbaycan Əsgəri”devizi altında aksiya keçirildi.Məktəbin şagird,müəllim kollektivi və valideyinlərin iştirakı ilə keçirilən aksiya Azərbaycan Dövlət himninin oxunuşu ilə başladı.Bir dəqiqəlik sükutla bütün şəhidlərimizin ruhu yad edildi.Məktəbin direktoru J.Hacıyeva keçirilən aksiyanı və bu aksiyada iştirak edən hər bir şəxsin coşqusunu çox böyük dəyərləndirdi.Azərbaycan bayrağının mübariz əsgərlərimizin qanı bahasına alınmış torpaqlarda dalğalanmasını böyük qürürla ifadə etdi:Bayraq –Anadır,Vətəndir,Azərbaycandır.Ali Baş Komandan,dövlətimizin prezidenti İlham Əliyevin həyata keçirtdiyi siyasəti dəyərləndirdi və hər zaman onun arxasında olduğunu ifadə etdi.Məktəbin G.Ç.H rəhbəri 1-ci Qarabağ müharibəsinin veteranı,ehtiyatda olan baş leytenant E.Xankişiyev Azərbaycan əsgərinin mərdliyini,cəsarətini,mübarizliyini vurğuladı və onunla fəxr etdiyini bildirdi.Əslən Qarabağdan olan,lakin valideyninin doğulduğu Füzuli torpağını görməyən məktəbin 3-cü sinif şagirdi M.Emil tezliklə qələbəmizi bu torpaqlarda qeyd etmək arzusunu dedi.Ağdərədə doğulmuş,bu torpağın həsrəti ilə yanan məktəbin təşkilatçı direktor müavini N.İsayeva qələbə arzusunu böyük ürək yanğısı ilə səsləndirdi.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini R.İsmayılova bir ana olaraq şəhidlərimizin ruhları və onları böyüdən Azərbaycan qadınının,anasının qarşısında baş əydiyini bildirdi.Məktəbin məzunu Emin İsmayılovun gitarada canlı vətənpərvər ifası hamını təsirləndirdi.Aksiya şagirdlərin ifasında vətənpərvər şerlər və şüarlarla davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi