Məktəbdə Narkomaniyaya yox deyək! adlı maarifləndirici tədbir keçirildi

29.10.2019-cu il tarixdə məktəbdə VIII-IX sinif şagirdləri arasında Narkomaniya – bəşərin ən qorxulu bəlasıdır!Narkomaniyaya yox deyək! adlı maarifləndirici tədbir keçirildi.Ona görə bəla ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar.Tədbirdə məktəbin direktoru,təlim-tərbiyə işləri üzrə direktor müavini, müəllimlər,məktəbin psixoloqu iştirak etdi.Şagirdlər narkotikadan istifadənin insan həyatı üçün bataqlıqdan heç də az təhlükəli olmadığını,narkotikin ilk növbədə insan sağlamlığına vurduğu zərərlərdən,orqanizmin zəhərlənməsi,daxili orqanların - qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxartdığından,narkomanlar içərisində ən geniş yayılmış “Hepatit B xəstəliyindən söz açdılar.Sonra şagirdlər təqdim etdikləri səhnəciklərlə narkotikin canlı insanı ölüyə necə çevirdiyini əyani şəkildə təsvir etdilər və sonda onlar ‘‘Narkomaniyaya YOX !‘‘ dedilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi