“Ətrafdakılara qayğı və kömək” mövzusunda disput- təqdimat keçirildi

  14.10.2019-cu il tarixdə məktəbdə 5-ci sinif şagirdləri ilə  “Ətrafdakılara qayğı və kömək” mövzusunda  təqdimat-disput keçirildi.Şagirdlər müzakirə zamanı müxtəlif həyat hadisələrindən misallar gətirdilər.Çox həssaslıqla davam edən  müzakirələdə Atəş adlı şagird uşaq evlərində böyüyən körpələrdən,onlara göstərilən qayğı və sevgidən danışarkən göz yaşlarını boğa bilmədi.Belə mövzuların  şagirdlər tərəfindən müzakirəsi, onların fikirlərinin dinlənilməsi, daxili və mənəvi aləmlərinin zənginliyini,həssaslığını  birüzə verir, cəmiyyətdə bir insan kimi formalaşmasına xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi