Məktəbdə “Məktəbli mühəndis” adlı layihə keçirildi

11.10.2019-cu il tarixdə məktəbdə  “Chip.az” və “Makeblock” şirkətinin kodlaşdırma və robot üzrə təlim proqramı çərçivəsində “Məktəbli mühəndis” adlı layihə keçirildi.Layihədə Chip.az MMC şirkətinin direktoru  Xəyalə Nəsirli,jurnalın redaktoru Sevinc Babazadə və operator Ceyhun Bagiyev iştirak etdilər. Layihənin Yasamal və Nəsimi rayonları üzrə 15 ümumi təhsil müəssisəsində keçirilməsi nəzərdə tutulmuşdur.Layihə ibtidai,orta,yuxarı sinif  şagirdləri  üçün 1.5 saat olmaqla 4dərs nəzərdə tutulur. İbtidai siniflər üçün nəzərdə tutulan 3 dərsin ilk dərsində  Şagirdlər MATATALab kodlaşdırma dəstindən istifadə edərək komputerə müraciət etmədən kodlaşdırmanın əsas məntiqini qavradılar. Şagirdlər kodlaşdırma blokları vasitəsiylə MATATA bota müxtəlif hərəkətlər icra etməsi üçün təlimatlar verildi, “Artist” və “Musician” əlavələrindən istifadə edərək bot vasitəsiylə həndəsi fiqurlar çəkdilər, musiqi notları ilə tanış olaraq sadə melodiyalar bəstələdilər. Orta təhsil sinifləri üçün nəzərdə tutulan ilk dərsdə Şagirdlər Makeblock mBlock məhsulu ilə robotun dot matrix ekranından istifadə edərək, animasiyalar yaratmaq və oyunlar dizayn etmək imkanları ilə ilkin tanışlıq qazandılar. Hal-hazırda suni intellekt çalışmalarının trend olduğunu nəzərə alaraq,  həmin robota üz və səs tanıma kimi müxtəlif AI (artificial intelligence) funksiyaları əlavə edilmişdir. Phython proqlaşdırma dili Suni İntellekt və data analizi kimi mövzularda istifadə olunduğu üçün şagirdlər  bloklarla yazılan kodu Python koduna çevirməyi öyrəndilər. Yuxarı təhsil pilləsi şagirdləri üçün nəzərdə tutulmuş ilk dərs isə  Ultimate 2.0 yuxarı səviyyədə proqramlaşdırıla bilən robot kitidi haqqındadır. 550 dən çox mexaniki hissələrdən və elektronik modullardan ibarət olan kitdən istifadə edərək müxtəlif konfiqurasiyalar qurmaq mümkündür. Şagirdlər ilkin olaraq mexanikanın və elektronikanın ilkin prinsiplərini başa düşmək üçün 10 hazır konfiqurasiya ilə tanış oldular. Bu konfiqurasiyalar şagirdlərə tarazlığını qoruya bilən 2 təkərli robot, 3D skaner və Katapult kimi layihələr hazırlamağa kömək etdi. Ultimate robotundakı əsas kontroller olaraq, xüsusi dizayn edilmiş güclü MegaPi kontrollerindən istifadə edərək  10-dan çox motoru eyni zamanda sinxron şəkildə idarə edə biləcəklərini bilavasitə gördülər . Robotu Makeblock mobil tətbiqi və mBlock 3 platformundan istifadə edərək robotları Scratch, Python və Arduinoda proqramlaşdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi