‘‘Təbiəti sevək və qoruyaq‘‘ və ‘‘Hansı peşə yaxşıdır‘‘ mövzularında təqdimat müzakirələr keçirildi

                2019-2020ci tədris ili ərzində məktəbdə müxtəlif mövzuları əhatə etmək, şagirdlərin fəallığını artırmaq,şagird maraqlarını müəyyənləşdirmək,dünyəvi bilikləri və baxışları genişləndirmək məqsədilə yeni bir layihəyə start verildi.Bu layihəyə əsasən hər həftənin sonu bütün sinifləri əhatə edəcək müxtəlif mövzuların təqdimatı və müzakirəsi keçiriləcəkdir.

Bu məqsədlə 11.10.2019-ci il tarixdə 6‘‘a‘‘ sinfində ‘‘Təbiəti sevək və qoruyaq‘‘, 8‘‘a‘‘ sinfində isə ‘‘Hansı peşə yaxşıdır‘‘ mövzularında təqdimat müzakirələr keçirildi.Yaş həddinə uyğun olaraq şagirdlərin fikir və düşüncələri,həyata baxışları çox böyük maraq doğurdu.Təqdimatlarda məktəb direktoru,tərbiyə işləri üzrə direktor müavini,kitabxana müdiri,məktəb psixoloqu,fənn müəllimləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi