31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.31 mart soyqırımı ilə əlaqədar R.Nəsirov adına 111 N-li tam orta məktəbdə birinci dərslər mövzuya həsr olundu. Siniflərdə şagirdlər tərəfindən mövzu ilə əlaqədar təqdimatlar və video çarxlar təqdim edildi,şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.31 mart soyqırımı ilə əlaqədar tarix müəllimlərinin iştirakı ilə hazırlanmış təqdimatı məktəb foesində şagirdlər nümaiş etdirdilər. Təqdimatlarda Azərbaycanlıların soyqırımının Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilməsi, bu ərazilərdə yaşayan dinc əhalinin kütləvi surətdə qətlə yetirilməsi, kəndlərin yandırılması, milli mədəniyyət abidələrimizin dağıdılıb məhv edilməsi haqqında geniş məlumatlar verildi..Şəmistan Əlzamanlının ifasında səslənən vətənpərvərlik mahnılarının video çarxları təqdim edildikdən sonra şagirdlərin ifasında “Can Azərbaycan” mahnısı səsləndi.Tədbir çox böyük vətənpərvərlik ruhunda keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi