''Mən sülhə səs verirəm'' adlı tədbir keçirildi
1981-ci ildə Birləşmiş Millətlər Təşkilatının Assembleya Məclisi Beynəlxalq Sülh Gününü təsis etmişdir.Bu məqsədlə məktəbdə sentyabr ayı Sülh Aylığına həsr edildi. 20 sentyabr 2019-cu il tarixdə məktəbin 2''ç" sinfində də bu gün xüsusi qeyd olundu. Uşaqlar çəkdikləri rəsmlər və arzuları ilə hamını sevindirdilər. Hər bir uşaq dünyaya Sülh arzuladı. Dərsdə uşaqlar üçün maraqlı təqdimatlar edildi.Şagirdlər Sülhün simvolu olan göyərçinləri göyə uçurtdular.Hər bir şagird başa düşdü ki, dünyada Sülhün olması hamımızdan asılıdır.