15sentyabr “Bilik günü”nə həsr olunmuş tədbir keçirildi

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir. Bu münasibətlə məktəbdə 16 sentyabr “Bilik günü”nə həsr olunmuş tədbir  Dövlət himninin səslənməsi ilə başladı.Tədbirdə Nəsimi rayon İcra hakimiyyətinin baş məsləhətçisi Emin Hüseynov,məktəbin direktoru J.Hacıyeva,təlim-tərbiyə işləri üzrə direktor müavini R.Ismayılov,tərbiyə işləri üzrə direktoru N.Abilova çıxış etdilər. Məktəbin direktoru J.Hacıyeva keçən dərs ilinin uğurlarından və yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs etdi. Birincilər öz şeir, rəqs töhfələrini, səhnəcikərini qonaqlara təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi